“Sözsüz ki, “Daşnaksütyun” partiyası radikal terror partiyasıdır. Onlar həm də qatı milliyətçidirlər. Bu partiyanın nümayəndələrinin dünyaya radikal milliyətçi baxışı var. Ermənilər özlərini ən ali millət sayırlar və saxtakarlıqla məşğul olaraq ağıllarına gələn dahi insanları erməni çxarmağa çalışırlar. Həqiqətən də “Daşnaksütyun” partiyası, onun bütün filialları və ASALA dünyada və Yaxın Şərqdə olan bir çox terror təşkilatları ilə işbirliyi içərisindədirlər. Biz İsraildə bunun dəfələrlə şahidi olmuşuq”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında israilli tarixçi və politoloq Mixail Finkel bildirib.
MÖVZU İLƏ BAĞLI:
ASALA-nı yaradan Ana Partiya “Daşnaksütyun” - TARİX
Onun sözlərinə görə, hər il Ermənistanda yəhudi abidələrini təhqir etmək bir növ adət halı alıb.
“Onlar mütəmadi olaraq Holokost abidəsinə qarşı mənəvi terror nümayiş etdirirlər. Bir sözlə Erməni cəmiyyətində yəhudilərə qarşı daha da radikal yanaşma vektoru gedir”.
Bundan başqa politoloq dünyada terrorçu kimi qəbul edilən cinayətkarların Ermənistanın milli qəhrəmanları olduqlarını da vurğulayıb:
“Faşistlər, Reyxin digər qatilləri və I Qarabağ müharibəsində hərbi cinayətlər törətmiş və İnterpolun axtarış siyahısında olan terrorçular Ermənistanda milli qəhrəman kimi təqdim olunur. Bu faktların hamısı onu göstərir ki,ermənilər antisemitzdilər. Bu yaxınlarda Ermənistanda antisemitzlərin böyük mitinqi də keçirilib.
Mitinqdə iri plakatda ivrit dilində “İsrail düşməndir, onlar terrorçuları silahla təmin edirlər” sözləri yazılıb. Onlar burada terrorçu qismində Azərbaycanı nəzərdə tuturlar ki, bu da çox gülüncdür”.
M.Finkel həmçinin Ermənilər İsrail ilə Azərbaycanın dostluğunu heç cür qəbullana bilmədiklərini də qeyd edib.
“Onlar hələ də başa düşə bilmirlər ki, bizi Azərbaycanla uzun illərə söykənən dostluq, əməkdaşlıq və digər köklü bağlar birləşdirir. Bundan başqa bizim keçmiş tarixi bağlarımız var. Biz iki millət olaraq, hər zaman biryerdə, firavan ömür sürmüşük. Hər zaman bir-birimizə kömək, dayaq olmuşuq və aramızda heç vaxt kin, nifrət olmayıb. Azərbaycanda yəhudilərə qarşı nə terror, nə də soyqırım olub”.
Tarixçi Ermənistanda heç vaxt bir nəfər belə yəhudi yaşamadığını və bunun səbəbinin onların monoetnik dövlət, ksenofob bir millət olduğundan irəli gəldiyini də qeyd edib:
“Bizim orada olan yəhudi birliyi də uydurma bir qurumdur. Çünki orada ancaq ermənilərlə qarışmış metislər çalışırlar. Onların ya ərləri, ya da arvadları mütləq ermənidir. Birlik özü düzgün fəaliyyət belə göstərmir.
Çünki orada yəhudi dini ayinlərini yerinə yetirməyə belə şərait yoxdur. Bizim dini nümayəndəmiz- ravin belə yoxdur. Ermənistandan fərqli olaraq Bakıda və Qubanın Qırmızı Qəsəbəsində yəhudilər yaşamaq, dinə uyğun qidalanmaq və ibadət etməkləri üçün bütün şəraitlə artıqlaması ilə təmin olunublar”.
Sonda M.Finkel “Daşnaksütyun” terror təşkilatının təcili dağıdılmalı olduğunu da vurğulayıb.
“Düşünürəm ki, “Daşnaksütyun” təşkilatı ümimiyyətlə, bütün dünyada dağıdılmalı və dünyanın bütün təşkilatları tərəfindən boykot edilməlidir. Bu istiqamətdə mütləq şəkildə ciddi işlər görülməlidir. Çünki bu cür terrorçular dünya ictimaiyyəti tərəfindən birmənalı olaraq qəbul edilməməlidirlər”.
Vüsalə Balayeva, Bizim.Media