Xəbər verdiyimiz kimi, Rusiya ordusu ötən gecə Kiyevə dronlarla hücum edib. Şəhərdə partlayışlar baş verib, sakinlər sığınacaqlara yönləndirilib. Rəsmilər Kiyevin Julyanı hava limanı yaxınlığında 10 partlayışın olduğunu bildiriblər.
ABŞ prezidenti Co Bayden bu olaya ayaqüstü münasibət bildirib.
Bizim.Media xəbər verir ki, jurnalist Ağ Evin sahibinə "Rusiyanın Kiyevi vurmasına reaksiyasınız necədir? sualını verib.
O isə "Bu, gözlənilməz deyil” deyə cavabını verib:
“Buna görə də biz Ukraynaya lazım olan hər şeyi verməliyik”.
Bizim.Media