"Elxan Qasımov heç bir "sağol" gözləmədən mədəniyyətə xidmət göstərdi. Onu bu vəziyyətdə itirmək çox ağırdır (ağlayır)".
Bu sözləri kinorejissor, Xalq artisti Əbdül Mahmudov Əməkdar artist Elxan Qasımovla keçirilən dəfn mərasimində Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
MÖVZU İLƏ BAĞLI:
Vaqif Mustafayev: "Elxan "Sürücü Əhməd" rolu ilə yaddaşlarda qalacaq" - VİDEO
Sənətkar mərhum hamkarını bu sözlərlə xatırlayıb:
"Elxanla zarafat edib deyirdik ki, Allah eləsin ki, biz səndən tez ölək. Çünki bu insanın fövqəladə təşkilatçılıq istedadı (xeyir, şər işlərində - red.) vardı. Deyirdi ki, biz səndən qabaq ölsək, sən bizi layəqətlə dəfn edəcəksən. Amma sənə bir şey olsa bizim əlimizdən heç bir iş gəlmir. Elxanın ruhu şad olsun. O, dünyasını versin. Allah rəhmət eləsin".
Rəşad Əliyev, Bizim.Media