Moskvaya 25-ə yaxın dron hücum etdi: Paytaxtda GPS söndürüldü - VİDEO

Hazırda oxunan: Moskvaya 25-ə yaxın dron hücum etdi: Paytaxtda GPS söndürüldü - VİDEO

138671

Bu gün səhər Moskvaya 25-ə yaxın PUA-nın hücum etdiyi məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, PUA-ların əksəriyyəti Moskva vilayətində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, bəzi dronlar çox aşağı hündürlükdə uçduğundan ağaclara və naqillərə ilişib.

3 PUA yaşayış binalarına çırpılıb, onlardan biri partlayıcı qurğular daşıyıb, hansı ki, detonasiya baş verməyib.

Mənbə yazır ki, hücumla bağlı Moskvada peyk naviqasiya siqnalları söndürülüb. Sürücülər GPS-in fəaliyyətində yaranan kəsintilərdən şikayətlənirlər.

Moskvada polis dron hücumu ilə əlaqədar "Tayfun" planı elan edib. Bu, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən personalın toplanması deməkdir.

Rusiya paytaxtının nəqliyyat departamenti isə Moskvanın cənub-qərbində Udaltsova küçəsi ilə Leninski prospektindən Mixail Pevtsov küçəsinə kimi nəqliyyatın hərəkətinin dayandırıldığını açıqlayıb.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin