Taekvondo üzrə dünya çempionatının ilk qalibləri BİLİNDİ - FOTO 

Hazırda oxunan: Taekvondo üzrə dünya çempionatının ilk qalibləri BİLİNDİ - FOTO 

138612

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının ilk qalibləri bəlli olub. 

Bizim.Media xəbər verir ki, çempionatın birinci günündə kişilər 68, qadınlar isə 57 kiloqram çəki dərəcəsində medallar uğrunda mübarizə aparıblar. 

Kişilərin yarışında Böyük Britaniya təmsilçisi Bredli Sinden finalda Koreya Respublikasından olan taekvondoçu Ho-Jun Jinə qalib gələrək ikiqat dünya çempionu olub. Bürünc medalları isə özbəkistanlı Uluqbek Raşitov və İran idmançısı Matin Rezaei qazanıblar. 

Azərbaycan təmsilçisi Cavad Ağayev mübarizəni 1/16 final mərhələsində dayandırıb. 

Qadınların mübarizəsində isə 17 yaşlı Luana Marton dünya çempionu olub. Macarıstan idmançısı həlledici görüşdə Çia-linq Lonu (Çin Taypeyi) məğlub edib. Türk Hatice Kübra İlgün və braziliyalı Maria Klara Paçeko çempionatı üçüncü pillədə başa vurublar. 

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub. 

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək. 

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin