Türkiyədə İstanbulun fəthinin 570-ci ildönümü qeyd edilir.
Bizim.Media xəbər verir ki, boğazın sahilində yerləşən şəhərin ələ keçirilməsi dünya tarixinin dönüş nöqtələrindən biri hesab edilir.
Osmanlı dövlətinin yeddinci hökmdarı kimi taxta çıxan Sultan II Mehmet Bizans İmperiyasının paytaxtını fəth etməyi qarşısına məqsəd qoymuşdu. 21 yaşlı Sultan şəhəri dənizdən və qurudan mühasirəyə almaq üçün plan hazırlayır. Şəhərin mühasirəsi 1453-cü il aprelin 6-dan mayın 29-dək davam edib.
Mayın 29-u səhər saat üç radələrində Sultan son hücum əmrini verib. Bizans imperatoru Konstantin Paleoloqos sui-qəsd nəticəsində öldürülüb.
İstanbulun fəthi min illik Bizans imperiyasına son qoydu. 1453-cü il mayın 29-da Sultan II Mehmet yaxın ətrafının müşayiəti ilə təntənəli şəkildə İstanbula daxil oldu.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:14 / 29.05.2023
İstanbulun fəthindən 570 il ötür
Hazırda oxunan: İstanbulun fəthindən 570 il ötür
Hazırda oxunan: İstanbulun fəthindən 570 il ötür
138580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.