Fəaliyyətini dayandırmış “Günay Bank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün tarix açıqlanıb.
Bizim.Media xəbər verir ki, 19 iyundan etibarən əmanətçilərə kompensasiyaların ödənilməsinə başlanılacaq.
MÖVZU İLƏ BAĞLI:
“Günay Bank”da 70 milyon manat əmanət niyə batdı? – ARAŞDIRMA
"Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişi ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə etmək mümkün olacaq.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3 (103)-42/2023 nömrəli 18 may 2023-cü il tarixli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilib.
Həmçinin, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Günay Bank” ASC-də sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilib.
Rövşən Ziya, Bizim.Media