Bakıda keçiriləcək dünya çempionatının ilk püşkü atıldı - 949 taekvondoçu YARIŞACAQ

Hazırda oxunan: Bakıda keçiriləcək dünya çempionatının ilk püşkü atıldı - 949 taekvondoçu YARIŞACAQ

138464

Mayın 29-da başlayacaq və iyunun 4-dək qədər davam edəcək Taekvondo üzrə dünya çempionatı yarışları üçün ilk püşkatma təşkil olunub.

Bizim.Media xəbər verir ki, nəticəyə əsasən, millimizin üzvü Cavad Ağayev 68 kq çəki dərəcəsində Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionatın ilk günü kişilər 68 kq çəki dərəcəsində, qadınlar isə 57 kq çəki dərəcəsində mübarizə aparacaq. Çəkilər üzrə kişilərin yarışında 68 kq-da 87, qadınların 57 kq-da 59 idmançı yarışacaq.

Xatırladaq ki, mayın 29-dan iyunun 4-dək Bakıda düzənlənən sayca 26-cı dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində qüvvəsini sınayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin