Laçında təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə başlayıb.
TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, tibb personalı növbəlilik prinsipi ilə 7/24 fəaliyyət göstərəcək.
Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları Bakı şəhəri “113” xidmətindən, Xocavənd Rayon Mərkəzi Xəstəxanasından və Laçın Rayon Mərkəzi Xəstəxanasından növbəlilik əsasında ezam olunub.
Bundan əlavə, Laçına ötən gün köçən 17 pasiyentə tibb personalı tərəfindən arterial hipertenziya, şəkərli diabet, günvurma səbəbilə yerində yardım olunub.
Xatırladaq ki, TƏBİB tərəfindən Laçına köçürüləcək ailələrin bütün respublika üzrə tibbi müayinələri də təşkil edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:52 / 28.05.2023
Laçında təcili tibbi yardım briqadası fəaliyyətə başladı
Hazırda oxunan: Laçında təcili tibbi yardım briqadası fəaliyyətə başladı
Hazırda oxunan: Laçında təcili tibbi yardım briqadası fəaliyyətə başladı
138461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.