“Ermənistanın orduda kadr islahatlarına başlaması gecikmiş addımdır. Sərhəd qoşunları komandanının dəyişməsi və buna oxşar addımlarla rəsmi İrəvan gözlədiyi nəticəni əldə edə bilməyəcək”.
Bizim.Media xəbər verir ki, hərbi ekspert Ramil Məmmədli düşmən ordusunda özbaşınalığın, nizamnamədən kənar hərəkətlərin kökünü məhz vaxtında aparılmayan islahatlarda görür.
“Hər hansı komandanlığın dəyişməsi prosesə təsir edə bilmir.Yəni bu gün bu mənada Ermənistanın müdafiə naziri də dəyişdirilsə faydası yoxdur. Əlbəttə, kadrlar çox şeyi həll edir, amma lazimdir ki, planlı islahatlar həyata keçirilsin”.
Ramil Məmmədli deyir ki, Ermənistanın heç bir prezidenti ordu quruculuğunda ciddi addımlar atmayıblar. Həmişə Rusiya müdafiəsinə arxayınlıq, mühafizələrinin başqalarına etibarı bügünkü real mənzərini ortaya qoyub:
“Rusiya bizi qoruyacaq, mühafizə edəcək formasında öz fəaliyyətlərini qurublar. Digər məsələ isə maddi problemlə bağlıdır. Ermənistan iqtisadiyyatı, dövlət büdcəsi, hərbi və təhlükəsizlik büdcəsi yetərəincə deyil ki, bu sahədə ciddi islahatlar həyata keçirilsin”.
Hərbi rəhbərlik arasında daxili çəkişmələr, əsgər-zabit münasibətlərində gərginlik Ermənistan ordusunda xaotik mühit yaradıb. Şəxsi heyət arasında vətənpərvərlik hissinin olmaması da başlıca problemə çevrilib.
Yuxarıda sadalanan faktlar üstəgəl, döyüşlərdə fərariliyin baş alıb getməsi, döyüş bacarığının aşağı səviyyədə olması onu göstərir ki, Ermənistan silahlı qüvvələri hələ çox uzun müddət özünə gələ bilməyəcək.
Bizim.Media