Bakıda 1000 nəfər müəllim peyvənd olundu - Qaldı 19 min 

Hazırda oxunan: Bakıda 1000 nəfər müəllim peyvənd olundu - Qaldı 19 min 

13829

Təhsil Nazirliyi 2 gündü başlayan vaksinasiyadan danışıb.

Xəbər verildiyi kimi martın 3-dən etibarən “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb.

İlkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib.

Bizim.Media-ya bu barədə danışan Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov təhsil işçiləri üçün başlanan peyvəndləmənin ilk mərhələsinin uğurla davam etdiyini deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana daha bir peyvənd gətiriləcək - ÜST Açıqladı


“Bu mərhələ çox uğurla aparılır. Özüm də bu mərhələdə iştirak etdim. Təhsil işçiləri çox böyük həvəslə vaksinasiya prosesinə qatılırlar. Gün ərzində Bakıdakı ümumtəhsil məktəblərində çalışan 1000 nəfər müəllim arasında vaksinasiya prosesi aparılır. Bu proses həddindən artıq vacib və əhəmiyyətlidir”.

Hər mərkəz üzrə gündə (saat 09:00-dan 15:00-dək, hər saatda 20 nəfər olmaqla) təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq təşkil edilmiş vaksinasiya prosesi Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsində (Binəqədi rayonunda - 276, Xətai rayonunda - 56, Xəzər rayonunda - 26, Suraxanı rayonunda – 84, Sabunçu rayonunda – 90, Səbail rayonunda – 239, Nərimanov rayonunda – 258, Nəsimi rayonunda - 14, Nizami rayonunda 129, Yasamal rayonunda 158 saylı tam orta məktəblər) həyata keçirilir.

Vaksinasiya prosesinə paytaxt üzrə ilkin olaraq yaşı 50 və daha yuxarı olan 20000 nəfərə yaxın pedaqoji və texniki heyət üzvünün cəlb olunması nəzərdə tutulur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin