Səfir: “İyunun 1-də Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər”

Hazırda oxunan: Səfir: “İyunun 1-də Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər”

138120

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək görüş zamanı sülh sazişi imzalana bilər”.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva jurnalistlərə açıqlamasında deyib.

“Ümid edirik ki, iyunun 1-də Kişineuda, nəhayət, sülh müqaviləsi imzalanacaq. Bu fürsəti qaçırmaq olmaz”, - diplomat vurğulayıb.
Qeyd edək ki, Moldovada keçiriləcək danışıqlarda Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da iştirak edəcək.

Eyni zamanda, Kremlin sözçüsü Dmitri Peskov deyib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin