“Qəbələ”nin maliyyə çətinliyi yaxın vaxtlarda başa çata bilər.
Bizim.Media xəbər verir ki, Qətər şirkətlərindən biri klubu almaq istəyir. Klubun prezidenti və sahibi Tale Heydərov “Qəbələ”ni ərəb şirkətinə satmaq üçün hazırda danışıqları davam etdirir.
Əgər tərəfər razılığa gəlsə, növbəti mövsüm Qərb təmsilçisi Premyer Liqanın ən iddialı klubuna çevrilə bilər.
Qeyd edək ki, ölkəmizin maliyyə cəhətdən ən varlı klublarından biri olmuş “Qəbələ” bir neçə il əvvəl strategiyasını dəyişib. Nəticədə klubun sponsoru “Gilan Holdinq” büdcəni xeyli azaldıb.
Hazırda klubun büdcəsi əsasən AFFA tərəfindən ayrılan maliyyə vəsaiti hesabına formalaşdırılır.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:34 / 26.05.2023
Qətər şirkəti “Qəbələ”ni almaq istəyir?
Hazırda oxunan: Qətər şirkəti “Qəbələ”ni almaq istəyir?
Hazırda oxunan: Qətər şirkəti “Qəbələ”ni almaq istəyir?
138112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.