Azərbaycanda qaz limitini keçməyən abonentlərin SAYI  

Hazırda oxunan: Azərbaycanda qaz limitini keçməyən abonentlərin SAYI  

138093

“Bu ilin yanvar-aprel aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 77,5%-i ( 1 932 299 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib”. 

Bizim.Media xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində keçirilən görüşdə deyib. 

Onun sözlərinə görə, hesabat dövründə abonentlərin 20,6%-i (514 780 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində) yararlanıb. 

O bildirib ki, 47 353 abonent, ümumilikdə isə abonentlərin cəmi 1,9%-i qəpiklik tarifdən istifadə edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin