Britaniya parlamenti Qolodomoru soyqırımı kimi tanıdı

Hazırda oxunan: Britaniya parlamenti Qolodomoru soyqırımı kimi tanıdı

138028

Britaniya parlamenti Ukraynada 1932-1933-cü illərdəki Qolodomor faciəsini soyqırımı kimi tanıyan qətnamə qəbul edib.  

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak öz “Telegram” kanalında məlumat verib.  

“Britaniya parlamenti 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıyan qətnamə qəbul edib. Çox sağ olun. Tarixi ədalət əsl şərin kim olduğunu və nə olduğunu anlamaq üçün açardır”, -  deyə Yermak qeyd edib. 
O bildirib ki, müvafiq qətnaməni İcmalar Palatasında təqdim edən Mühafizəkarlar Partiyasından olan deputat Paulin Letham 1930-cu illərin əvvəllərində Ukraynada baş verən aclığın ukraynalı kəndlilərin məcburi şəkildə biçilməsi nəticəsində yarandığını vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin