"Bank sektorumuz 2 trilyonluq hədəfə çata bilmir" - Rusiya Mərkəzi Bankı 

Hazırda oxunan: "Bank sektorumuz 2 trilyonluq hədəfə çata bilmir" - Rusiya Mərkəzi Bankı 

137973

“Rusiyada bank sektorunun xalis mənfəəti ilə bağlı proqnozlar yüksəldilə bilər. Amma problem ondadır ki, bir sıra dəyişkən amillər və komponentlər sadə ekstrapolyasiya səbəbindən yaxşı işləmir”. 

Bizim.Media “kommersant.ru”-ya istinadən xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının bank tənzimlənməsi və analitika departamentinin direktoru Aleksandr Danilov bildirib. 

Rusiya Bankları Assosiasiyasının bank konfransı çərçivəsində bəzi məsələləri etiraf edən A.Danilov qeyd edib ki, mənfəət hədəfi kimi götürülən təxminən 2 trilyon rubl hələlik olduğu kimi qalıb. 

Qeyd edək ki, Rusiya Mərkəzi Bankının bank mənfəəti üçün hazırkı proqnozu 1,9 trilyon rubl təşkil edir.  

Cari ilin yanvar-aprel aylarında banklar artıq 1,1 trilyon rubl qazanıblar. Bu ilin ilk dörd ayının nəticələrinə görə, gəlirli bankların sayı 265-dir ki, bu da ümumi bankların sayının 80%-dən çoxunu təşkil edib.  

Aprel ayında bankların xalis mənfəəti əvvəlki ayla müqayisədə, 1/3 azalaraq 224 milyard rubl təşkil edib. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin