Magistratura təhsili niyə VACİBDİR?

Hazırda oxunan: Magistratura təhsili niyə VACİBDİR?

137957

“Magistratura təhsili – ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə tələbənin biliklərinin dərinləşdirilməsinə xidmət edir. Ali təhsil səviyyəsinin ikinci pilləsi olan magistratura ixtisaslaşma prosesində önəmli yer tutur. 

Əyani və qiyabi formasından asılı olaraq magistr təhsili minimum 2 il müddətində tədris olunur. Əminliklə deyə bilərəm ki, ali təhsil almaq hər bir fərdin həyatında mühüm rola malikdir.

Şəxsin bilik və bacarıqlarının formalaşmasında və potensialının ortaya çıxmasında əvəzsiz rolu var. 4 illik bakalavr təhsili müddətində fərd özünü daha yaxından tanıyır, həqiqi istəkləri və potensialı ortaya çıxır”.

Bunu magistratura pilləsinin önəmi ilə bağlı Bizim.Media-ya danışan təhsil üzrə ekspert Kamran Əsədov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Xaricdə təhsil haqqında sənədlərin Azərbaycanda qüvvədə olmasının təsdiqinə dair tələblər müəyyənləşdi


O bildirib ki, magistratura dərəcəsi ali təhsili tamamlamaq imkanı əldə etmək və sektorda elmi işlərlə bağlı adımızdan bəhs etdirmək deməkdir:

“Əslində çoxları magistratura təhsilini boş sayır. Amma onlar unudurlar ki, iş yerlərinin əksəriyyətində vəzifə və maaş artımı üçün ali təhsil önəmli rol oynayır. Hətta ölkəmizdə elə iş vakansiyaları var ki, şərtlərində ali təhsil kriteriyası belə mövcuddur. Düzdür, magistr təhsili almaq şərt deyil, amma gələcək üçün vacibdir. 

Hətta bakalavrda yarımçıq öyrəndiklərimizi magistr təhsili zamanı möhkəmləndirmək şansı əldə edirik. Bundan əlavə magistr təhsili zamanı bir neçə fəlsəfə üzrə elmlər doktoru üzrə dərəcəsi olan müəllimlərdən dərs alırıq və dünyada inkişafın əsası olan elmi fəaliyyət üçün onlardan çox şey öyrənirik”.

Kamran Əsədov qeyd edib ki, son illərin statistikasınada nəzər yetirsək görərik ki, tələbələrin yarısı magistr təhsil almaq üçün xaricə üz tuturlar:

“Burada isə ən vacib səbəb xaricdə təhsilin yüksək səviyyədə olmasıdır. İstər təhsilin yüksək səviyyədə olması ilə, istərsə də tədrisin müasir texnologiya ilə savadlı və peşəkar pedaqoqlar tərəfindən təşkil olunması azərbaycanlı tələbələrin xaricdə təhsilə üz tutmasına səbəb olur. 

Magistr təhsili almaq tələbənin ixtisas biliklərinin dərinləşməsində və professionallaşmasında vacibdir. Öz sahələri üzrə inkişaf etmək və mütəxəssis olmaq üçün tələbələrin magistr təhsili alması əsaslı səbəblərdəndir.
Bəzi tələbələrin arzusu isə akademik fəaliyyətlə məşğul olmaq və universitetdə qalıb pedaqoq olmaqdır. Bu zaman tələbə mütləq şəkildə magistr təhsili almalı və daha sonra tələbə tezisini müdafiə etməlidir”.

Ekspertin sözlərinə görə, bəzi hallarda isə tələbələr ixtisaslarını dəyişmək üçün magistr təhsili almaq istəyirlər: 

“Buna səbəb isə çox zaman o olur ki, abituriyent vaxtı gənclər tələbə adını qazanmanın sevinc və həyəcanı ilə düzgün ixtisas seçimi edə bilmirlər. Bu halda isə ya ixtisas seçimini “balım hara uyğundursa o ixtisasa qəbul olum” düşüncəsi ilə, ya da çox təəssüf ki bəzən valideynlərinin təzyiq və israrı ilə, onların istədikləri ixtisasa qəbul olub təhsillərini davam etdirirlər.

Bu zaman isə bakalavr təhsillərini bitirib öz istədikləri ixtisasa uyğun olaraq magistr təhsili alırlar.
Bakalavriat təhsili başa çatmış şəxslər ali təhsilli adlanır. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir.

Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir”.



QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin