İrandan ölkəmizə qarşı növbəti TƏHDİD DALĞASI – Moskva görüşü Tehranı niyə narahat edir?

Hazırda oxunan: İrandan ölkəmizə qarşı növbəti TƏHDİD DALĞASI – Moskva görüşü Tehranı niyə narahat edir?

137929

Paşinyanın sülhə yönələn açıqlamaları, regionda kommunikasiyaların açılması ilə bağlı müsbət mesajları və Moskvada bu gün keçirilən növbəti üçtərəfli görüş fonunda İran ampulasına uyğun olaraq yenidən Zəngəzur dəhlizi əlehinə kampaniyaya start verib.

”Bütün «təxribatlara» baxmayaraq, İslam Respublikası həmişə öz “sülhməramlı” baxışı ilə Qafqaz regionunda münaqişə tərəflərini güzəştə getməyə dəvət edib.

Amma Zəngəzur dəhlizi məsələsində İranın baxışı tamamilə milli maraqlar və təhlükəsizliyə əsaslanacaq. İranın Qafqaz bölgəsindəki qırmızı xətti Zəngəzur dəhlizidir”. 

Belə bir iddia ilə Qafqaz məsələləri üzrə iranlı ekspert Hirad Muxəyyeri çıxış edib. 

O, SEPAH-a bağlı “Quds Online” saytında Azərbaycan haqqında qərəzli yazı dərc edib: 

“Dünən Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Qarabağı Azərbaycanın ərazisinin bir hissəsi kimi tanımağa hazır olduğunu vurğulayıb, bir şərtlə ki, Bakı sözügedən bölgənin erməni əhalisinin təhlükəsizliyinə zəmanət versin”.

İranlı bədnam siyasi şərhçi Ehsan Movəhhediyan özünün Tvitter səhifəsində Zəngəzur dəhlizini həyasızcasına "saxta dəhliz" adlandıraraq cəfəng fikirlər səsləndirib:

“İran-Ermənistan sərhədini kəsmək üçün “saxta” Zəngəzur dəhlizini Yaşıl Dəhliz adlandırıblar. 
Bakı öz “aqressiv” xarakterini gizlətmək üçün adlarla oynayır. Bizi aldatmaq məqsədilə İran-Ermənistan sərhədini kəsməkdən ötrü “saxta” Zəngəzur dəhlizini Avropaya bərpa olunan enerji ixracı üçün Yaşıl Dəhliz adlandırıblar. Sanki, Bakı sahillərində elektrik enerjisi istehsal etmək üçün bir qitənin külək enerjisinə tələbatını ödəmək olar!”.

Bu açıqlamalar onu göstərir ki, İran hələ də Zəngəzur dəhlizinə düşmən münasibət bəsləməkdə davam edir. Hər vəchlə çalışır ki, bu dəhliz reallaşmasın. 

Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirir ki, İranın Zəngəzur dəhlizinə düşmən münasibəti onun böldəgə sülh və əmin-amanlığın olmamasına çalışdığına işarədir:
 

MÖVZU İLƏ BAĞLI:

İran mətbuatı Azərbaycana qarşı təxribatlardan niyə əl çəkmir?


“İranın molla rejimi hər vəchlə çalışır ki, Qafqaz regionunda sülh və əmin-amanlıq olmasın. Bu müstəvidə də hər addımbaşı Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Tehran Zəngəzur dəhlizinin guya İranın Ermənistanla birbaşa əlaqələrinə əngəl yaradacağını iddia edir.

Əslində isə İran özü də bu dəhlizdən istifadə etməklə Ermənistan və onun vasitəsilə digər ölkələrlə əməkdaşlığı genişləndirə bilər.

Hazırda bilirsiniz ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində mühüm işlər gedir. Bu yöndə görüşlər intensivləşib.

Belə bir vəziyyətdə sülhün əldə edilməsinə öz töhfəsini vermək əvəzinə, iranlı ekspertlərin yenidən Zəngəzur dəhlizindən dəm vurmaları, ona qarşı üsyan qaldırmaları Tehran hökumətinin əslində sözügedən sülhün olmasında maraqlı olmadığının göstəricisidir. Bu bir daha təsdiqləyir ki, molla rejimi özünü itirib”. 

Ekspert qeyd edir ki, İranın Zəngəzur dəhlizini “qırmızı xətt” elan etməsi həm də onların Azərbaycanın güclənməsi, onun nüfuzunun daha da artmasından doğan narahatlıqdan qaynaqlanır: 

“Təəssüf ki, fars rejimi Azərbaycanın güclənməsinə özünə təhlükə kimi baxır. Halbuki bunun heç bir əsası yoxdur. Əslində Azərbaycanın güclənməsinin İrana heç bir təhlükəsi yoxdur. 

Sirr deyil ki, İran işğal dövründə Qarabağ ərazisindən narkotik qaçaqmalçılığı kimi istifadə edib. Azərbaycan öz torpaqlarını azad etdikdən sonra isə İran özünün qanunsuz fəaliyyətini gerçəkləşdirmək üçün daha həmin ərazilərdən istifadə edə bilmir.

Belə olan halda İran narkobaronları üçün Ermənistan yolu daha mühüm əhəmiyyət kəsb edib. 

Bu da onu göstərir ki, İranda Zəngəzur dəhlizinin açılmasını istəməyən qüvvələr əsasən elə narkotik qaçaqmalçılarıdır. Çünki belə vəziyyətdə qaçaqmalçılıq fəaliyyətlərini daha reallaşdıra bilməyəcəklər. Ona görə də Zəngəzur dəhlizilə bağlı belə hay-küy qaldırırlar. Amma nə qədər çığır-bağır salsalar da xeyri yoxdur. Azərbaycan addım-addım öz maraqlarının təmin olunmasına doğru irəliləyir”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin