“Azərbaycan minalarla ən çox çirkləndirilmiş ölkələrdəndir” - ANAMA rəhbəri

Hazırda oxunan: “Azərbaycan minalarla ən çox çirkləndirilmiş ölkələrdəndir” - ANAMA rəhbəri

137914

“Azərbaycan dünyada minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda bildirib. 

“Bu gizli təhlükələr insan faciələrinə səbəb olmaqla yanaşı, həm də sosial və iqtisadi inkişafa mane olur. Bu həm də regionda sülh və sabitliyə ciddi maneədir”, - o vurğulayıb. 

Onun sözlərinə görə, 2020-ci ilin noyabrından Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində 81 min 386 hektar ərazi minalardan təmizlənib: 

“Ümumilikdə 88 260 mina və partlama təhlükəsi olan digər qalıqlar, o cümlədən 28 259 piyada əleyhinə mina, 15 303 tank əleyhinə mina və 44 698 partlamamış hərbi sursat aşkar edilib və zərərsizləşdirilib. Əldə edilmiş irəliləyişlərə baxmayaraq, mina təhlükəsi hələ də qalır. Son 32 ayda 302 Azərbaycan vətəndaşı minaların və digər partlayıcı qalıqların qurbanı olub. Onlardan 57-si dünyasını dəyişib, 245 nəfər isə yaralanıb”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin