“Terzi”dən “Füzuli kantatası”nın silinməsinə Brilliant əsəbləşdi, Faiq isə... - FOTO/VİDEO

Hazırda oxunan: “Terzi”dən “Füzuli kantatası”nın silinməsinə Brilliant əsəbləşdi, Faiq isə... - FOTO/VİDEO

137869

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Şövkət Ələkbərovanın ifasında səslənən “Füzuli kantatası” Netflix platformasında yayımlanan və Türkiyə istehsalı olan “Terzi” serialından silinib. 

Bizim.Media xəbər verir ki, sözügedən məsələ ilə bağlı bir sıra incəsənət nümayəndələrinin reaksiyası birmənalı olmayıb. 

Belə ki, Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə bu addımın yanlış olduğunu yazıb:

“Onu qadağan edənlər ölüb gedəcəklər. Amma Şövkət Ələkbərovanın səsi qalacaq. Amandır, qoymayın, Azərbaycan musiqisi milyonlarla insan tərəfindən dinlənilib, sevilər... Əgər qadağan edilibsə, o zaman milyonların seyr edə biləcəyi bir film çəkib eyni musiqini istifadə etsinlər. Onu da bacarmırlar. Əsəbiləşdim, yazdığım hərflər də tərsməyallaq çıxdı.

Bunu niyə etdiniz? Nə olardı ki, yeni nəsillər bizim Şövkətimizi eşidib, sənətinin nə olduğunu anlamış olardılar?! Sağlığında onu SSRİ xarici ölkələrə qastrol səfərlərinə yollamadı. İndi də belə. Əsas olan Şövkət xanımın səsidir. Yeni nəsil eşitsin, öyrənsin.
Əgər filmdə “Füzuli kantatası”nı başqa türk müğənnisinin ifasında səsləndirsəydilər hamımız buna qarşı çıxmalıydıq, necə ki, mənim musiqim reklamda tamamilə tanımadığım insanın ifasında səsləndirilib. Mahnını əlimizdən almaq üzərə idilər.

Mən də sahib çıxmalıydım, bunu da etdim. Ya da ifa etdiyim “Bayatılar” mahnısını Sezen Aksu və başqaları Eldar Mansurovu qeyd etmədən ifa etmişdilər. Bu halda susmaq olmaz. Amma Şövkət xanımın ifası yüksək səviyyəli musiqinin Azərbaycana aid olması deməkdir. Yoxsa qismətimizə yalnız Avroviziyaya göndərdiyimiz müğənnilərin ifalarıyla fəxr etmək qalır”. 

Xalq artisti Faiq Ağayev isə mahnının serialdan silinməsinin doğru olduğunu bildirib: 

“Əvvəl müəllif yerinə “anonim” yazırdılar. İndi də “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipinə keçiblər. “Mikpro, əsərimiz hələ “Netflix Türkiye”nin instaqram səhifəsində qalıb. Oradan da sildirmək lazımdır. Qanun orada da qanundur. Buyurub, sivil yolla həll edəydilər”.

Xatırladaq ki, “Netflix” və “YouTube” arasında olan müqaviləyə görə platformanın rəsmi kanalı xüsusi növ təhlükəsizlik alqoritmləri ilə qorunur. Əslində, haqsız olsaydı, “mikpro” (Azərbaycan) şirkətinin bu şikayəti təmin olunmamalı idi. Prosesin digər hüquqi mərhələləri ilə bağlı yeniliklər barədə olduqca məlumat veriləcək”. 
Qeyd edək ki, serialda baş rolları Çağatay Ulusoy, Şifanur Gül və Salih Bademci canlandırır.

“Füzuli kantatası” serialda əsas qəhrəmanın mütəmadi qulaq asdığı və rahatlıq tapdığı musiqidir. 

 






Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin