Zelenski İran xalqına müraciət etdi: “Niyə şərin tərəfindəsiniz?”

Hazırda oxunan: Zelenski İran xalqına müraciət etdi: “Niyə şərin tərəfindəsiniz?”

137852

Prezident Volodimir Zelenski İran xalqına müraciət edərək qeyd edib ki, Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verməklə İran dünyadan daha çox təcrid olunur. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.

Prezidentin sözlərinə görə, Ukraynaya qarşı ümumilikdə İranın Rusiyaya verdiyi 1160-a yaxın “Şahed” dronundan istifadə edilib.

"Bu gün belə zərbələrin davam etdiyini nəzərə alsaq, mən birbaşa İran xalqına müraciət etmək istərdim. Sadə bir sual: rus terrorunun şəriki olmaq nəyə lazımdır? Niyə şər dövlətin tərəfindəsiniz? Dünyada və İranda yaşayanlar baş verənləri görür.

Pisliyə dəstək inkar edilə bilməz. Tehranda və ölkənizin hər hansı başqa şəhərində yaşayanlar bundan nə əldə edir? Dünyadan daha çox təcrid olunursunuz, daha çox problemlə üzləşirsiniz.

İran xalqı! Rusiya hər şeyi fərq etmədən dağıdır. Artilleriya və minaatanlarla, raketlərlə, dronlarla, sahib olduqları bütün silahlarla, sizin Rusiyaya verdiklərinizlə. Əminəm ki, siz tarixin o biri tərəfində olmalısınız, pislik tərəfində yox”, - deyə Zelenski bildirib.
"Əgər siz Rusiya şəri ilə eyni tərəfə qoyulmasaydınız, çox fərqli yaşaya bilərdiniz. Hər gecə Ukraynanı terrora məruz qoyan "Şahed"ləriniz sizi getdikcə daha da dərinliyə, tarixin qaranlıq tərəfinə aparır”, - deyə Zelenski yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin