Baş Prokurorluqda BMT-nin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO 

Hazırda oxunan: Baş Prokurorluqda BMT-nin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO 

137833

Mayın 24-də Baş Prokurorluqda BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (BMTNCİ) Mərkəzi Asiya üzrə regional nümayəndəsi xanım Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib. 

Baş prokurorun birinci müavini Elçin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sistemli, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin bütünlükdə hüquq sisteminin təkmilləşdirilməsinə müsbət təsir göstərdiyini və bu baxımdan, cinayətkarlıq və digər hüquqpozmalara qarşı mübarizənin dövlət siyasətinin prioritet tərkib hissəsini təşkil etdiyini bildirib. 

Azərbaycan Baş Prokurorluğu tərəfindən BMTNCİ ilə əlaqələrə yüksək əhəmiyyət verildiyi və qurumun Mərkəzi Asiya və Cənubi Qafqaz Əlaqələndirici Şəbəkəsi (CASC) ilə əməkdaşlığın davam etdirildiyi qeyd edilərək, 2022-2025-ci illər üçün ölkəmizlə BMTNCİ arasında Əməkdaşlıq üzrə Yol Xəritəsi layihəsinin uğurlu əməkdaşlığın davamı üçün zəmin yaratdığı xüsusilə vurğulanıb. 
Qəbula görə təşəkkürünü ifadə edən Aşita Mittal, Azərbaycanla əməkdaşlığın daim yüksək səviyyədə olduğunu bildirərək, son illər ərzində Baş Prokurorluğun təşkil olunan beynəlxalq tədbirlərdə aktiv iştirak etdiyini və Azərbaycanın narkotik maddələrin qanunsuz dövriyyəsi, insan alveri və korrupsiya ilə mübarizə sahələrində həm praktiki, həm də qanunvericilik baxımından qabaqcıl təcrübəsinin digər üzv dövlətlərə də faydalı olduğunu bildirib. 

Görüşdə həmçinin cinayət yolu ilə əldə edilmiş aktivlərin bərpası, çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi üzrə Avropa Şurasının ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən aparılmış 5-ci raund qiymətləndirilmə, genişləndirilmiş müsadirə institutunun təsis edilməsi və cinayətkarlığın müasir təzahürlərinə qarşı mübarizə üsulları barədə ətraflı fikir mübadiləsi aparılıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin