Türkiyənin "Fənərbaxça" klubu yayda hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Milan"da ümidləri doğrultmayan Divok Oricidir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
Belçikalı forvardın transferində "Fənərbaxça"nın ən şanslı klub olduğu bildirilir.
Qeyd edək ki, Divok Orici "Milan"a mövsümün əvvəlində keçib. 28 yaşlı hücumçu A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Meddia
- A-
- A
- A+
İdman
00:24 / 25.05.2023
“Fənərbağça” “Milan”ın futbolçusunu transfer edir
Hazırda oxunan: “Fənərbağça” “Milan”ın futbolçusunu transfer edir
Hazırda oxunan: “Fənərbağça” “Milan”ın futbolçusunu transfer edir
137829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.