“Azərbaycan yığmasında oynamağa nə "hə", nə də "yox" demişəm. Müzakirə edəcəyimiz bir çox məqamlar var”.
Bizim.Media xəbər verir ki, bunu yerli mətbuata Rusiyanın “Ximki” klubunun futbolçusu Ayaz Quliyev bildirib.
27 yaşlı yarımmüdafiəçi Azərbaycan millisində oynamaq perspektivinə toxunub:
“Həmişə müzakirə edəcəyimizi eşidirəm. Bəlkə də tezliklə olacaq. Amma karyera yığma deyil, klubdakı çıxışa əsasən qurulur. Mümkün keçidimi istisna etmirəm. Amma bunu indiki durumla bağlamazdım. Bu söhbət çoxdan var.
Əgər legioner olduqdan sonra Rusiya Premyer Liqasında rəqabət apara bilməyəcəyimi başa düşsəm, bu ayrı məqam olacaq. İlk növbədə mən azərbaycanlıyam. Amma klub karyerama mənfi təsir edəcəksə, keçməyə dəyməz. Çünki klubda oynamasan, milliyə də düşməyəcəksən. Onda bu yığmaya keçməkdə də məntiq olmayacaq”.
Qeyd edək ki, Quliyev 2011-15-ci illərdə Rusiyanın aşağı yaş qruplarında forma geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:36 / 24.05.2023
Ayaz Quliyev: “Azərbaycan yığmasında oynamağa nə "hə", nə də "yox" demişəm”
Hazırda oxunan: Ayaz Quliyev: “Azərbaycan yığmasında oynamağa nə "hə", nə də "yox" demişəm”
Hazırda oxunan: Ayaz Quliyev: “Azərbaycan yığmasında oynamağa nə "hə", nə də "yox" demişəm”
137825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.