Putindən ETİMAD: “Rusiya-İran sazişlərinə Azərbaycanın da qoşulmasına ümid edirik”

Hazırda oxunan: Putindən ETİMAD: “Rusiya-İran sazişlərinə Azərbaycanın da qoşulmasına ümid edirik”

137813

“Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı Rusiya-İran sazişlərinə Azərbaycanın tezliklə qoşulacağına ümid edir”.  

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu bu gün keçirilən ikinci Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan: “Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması üçün bir çox hüquqi aspektlər var”


Putin xatırladıb ki, mayın 17-də Rusiya Federasiyası ilə İran arasında Rəşt-Astara dəmir yolu hissəsinin çəkilməsi haqqında saziş imzalanıb:

“Bu, Rusiyanın Baltik və şimal dənizlərindəki limanlarını Fars körfəzi və Hind okeanı sahillərindəki İran limanları ilə birləşdirməyə imkan verəcək. Yeni filialın tikintisinə bu il başlanacaq”. 

Rusiya lideri qeyd edib ki, dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir:

“Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda müvafiq sənədlərin hazırlanması və imzalanmasının tezliklə başa çatmasını səbirsizliklə gözləyirik. Bunlar məhz, Şimal-Cənub marşrutu üzrə dəmir yolu infrastrukturunun və yükdaşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişlərdir”. 

Putinin sözlərinə görə, bu marşrutun tam istifadəyə verilməsi illik 30 milyon tona qədər yükün tranzitini təmin edəcək:

“Bu dəmir yolu ənənəvi ticarət marşrutları ilə yük axınları uğrunda uğurla rəqabət apara biləcək və yeni marşrutların yaranmasına töhfə verəcək”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin