Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ermənilərini Azərbaycanla birbaşa danışıqlara çağırıb.
Bizim.Media xəbər verir ki, Paşinyan bunu parlamentdə çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan: “Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması üçün bir çox hüquqi aspektlər var”
O qeyd edib ki, o, beynəlxalq təminatların mövcudluğu şəraitində Qarabağın erməni əhalisinin Bakı ilə birbaşa danışıqları formatını düzgün hesab edir:
“Bu, düzgün yoldur və mən qarabağlı həmkarlarımı bu gündəmə uyğun davranmağa çağırıram. Tələsik nəticələr çıxarmaq lazım deyil”.
Bizim.Media