Zəngilan və Cəbrayıl istiqamətində itkin düşmüş şəxslərin qalıqlarının tapılması istiqamətində tədqiqat işləri həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi Akif Quliyev deyib.
O bildirib ki, hazırda mayın 3-dən 17-dək aparılan tədqiqat işləri çərçivəsində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində aşkar edilmiş skeletlər üzərində laborator analizlər aparılır:
"Bildiyiniz kimi, 4 minə yaxın itkin düşən şəxs var və 15 min insandan analiz götürülüb. Həmin analizlərə əsasən aşkarlanan sümüklər uyğunlaşdırılır. Hazırda mina təhlükəsi ilə əlaqədar təmizləmə işləri aparılır. İşlər bitdikdən sonra iyunda tədqiqatlarımıza davam edəcəyik. Yenidən Füzulidə, daha sonra isə Cəbrayıl və Zəngilan istiqamətində axtarışlar aparılacaq".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:12 / 24.05.2023
Zəngilan və Cəbrayılda itkin düşmüş şəxslərin qalıqları AXTARILACAQ
Hazırda oxunan: Zəngilan və Cəbrayılda itkin düşmüş şəxslərin qalıqları AXTARILACAQ
Hazırda oxunan: Zəngilan və Cəbrayılda itkin düşmüş şəxslərin qalıqları AXTARILACAQ
137717
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.