Azərbaycanın Ukraynadakı səfiri təyin edilən Seymur Mərdəliyev Prezident İlham Əliyevə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məni Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Göstərilmiş bu yüksək etimadı doğrultmaq və Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafı üçün səylərimi əsirgəməyəcəm", - Seymur Mərdəliyev qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev Ukraynaya yeni səfir təyin edib. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Elmira Axundova Kiyevdən geri çağırılıb, onun yerinə Seymur Qurban oğlu Mərdəliyev təyinat alıb.
O, yeni təyinata qədər Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb.
Bizim.Media
Azərbaycan Respublikasının Prezidenti Zati Aliləri cənab İlham Əliyevə məni Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Göstərilmiş bu yüksək etimadı doğrultmaq və ???? dostluq əlaqələrinin inkişafı üçün səylərimi əsirgəməyəcəm pic.twitter.com/UruFP58ZXC
— Seymur Mardaliyev (@SMardaliyev) May 23, 2023