Rusiya klubu “Qarabağ”ın pulunu gecikdirir

Hazırda oxunan: Rusiya klubu “Qarabağ”ın pulunu gecikdirir

137676

Rusiyanın “Krasnodar” klubu Kadi Borgesin transferinə görə, «Qarabağ»a ödəməli olduğu təzminatı gecikdirib.  

Bizim.Media xəbər verir ki, bu, Rusiya klubunun son vaxtlar üzləşdiyi maliyyə çətinliyi ilə əlaqədardır.  

UEFA-nın qoyduğu qadağa üzündən, ökənin digər təmsilçiləri kimi, «Krasnodar» da müəyyən dərəcədə maddi itkiyə uğrayıb. Xərcləri artan vilayət komandası mayın əvvəlində Azərbaycan çempionuna 2 milyon avro köçürmə etməli olsa da, əməliyyat ayın sonuna qalıb. Hər halda ruslar indi də “Qarabağ”a belə vəd verib.  
Qeyd edək ki, braziliyalı legioner bu ilin yanvarında 5 milyon avro qarşılığında satılıb. Tərəflər arasında anlaşmaya əsasən, kompensasiya iki dəfəyə ödənilməlidir. «Krasnodar» 3 ay qabaq üç milyon avronu «Qarabağ»ın hesabına yatırıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin