ABŞ Ermənistanda kiçik nüvə reaktorları yaradacaq?

Hazırda oxunan: ABŞ Ermənistanda kiçik nüvə reaktorları yaradacaq?

137658

ABŞ Ermənistanda və digər Avrasiya dövlətlərində kiçik modul nüvə reaktorları tikməyi düşünür, onların Rusiya və Çindən enerji müstəqilliyini gücləndirməyə çalışır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ hökumətinin Avropa və Avrasiyaya yardım proqramlarının əlaqələndiricisi Mariya Lonqi söyləyib.

“Bir sıra ölkələrdə, o cümlədən Ermənistanda biz Amerika texnologiyasından istifadə etməklə tikilmiş və həm Rusiya, həm də Çindən daha böyük enerji müstəqilliyinə apara bilən kiçik modul nüvə reaktorlarının yaradılmasının mümkünlüyünü qiymətləndiririk”, - o, ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində deyib.

Dövlət Departamentinin strukturunda çalışan Lonqi təfərrüatları açıqlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin