İstanbulda E-5 magistral yolunda - Maltepedə ağır yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Sərxoş olduğu iddia edilən sürücü idarə etdiyi avtomobili yol kənarında iş aparan bələdiyyə işçilərinə vurub.
Hadisə nəticəsində dörd nəfər ölüb, bir nəfərsə xəsarət alıb.
Qəza səbəbindən Ankara istiqamətindəki yol bir müddət bağlanıb.
Bizim.Media