Lukaşenkodan xəstəliyi barədə: “Hələ ölməyə hazırlaşmıram” - VİDEO 

Hazırda oxunan: Lukaşenkodan xəstəliyi barədə: “Hələ ölməyə hazırlaşmıram” - VİDEO 

137612

Belarus Prezidenti Aleksandr Lukaşenko sosial şəbəkələrdə səhhəti ilə bağlı yayılan məlumatları şərh edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı səhiyyənin aktual məsələlərinə dair müşavirədə əhalini bu cür mülahizələrə son qoymağa çağırıb və ölməyə hazırlaşmadığını vurğulayıb. 

Belarus Prezidenti adenovirusa yoluxduğunu açıqlayıb:

“Əgər kimsə mənim öləcəyimi düşünürsə, yanılır. Sakitləşin. Bu, messencerlərdə və teleqram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Adenovirus ya nə idi onun adı? Adenovirus”. 

O əlavə edib ki, iş qrafiki çox olduğundan müalicə olunmaq imkanı olmayıb və xəstəlik bir az üstələyib:  

“Ona görə də, uşaqlar, mən öləsi deyiləm. Siz hələ çox uzun müddət mənimlə əziyyət çəkəcəksiniz”. 

Qeyd edək ki, mayın 9-da Moskvaya səfəri zamanı vəzyyəti qəfil pisləşən Lukaşenko bir neçə gün ictimaiyyət qarşısına çıxmayıb. 
 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin