"Türkiyə Azərbaycanla birgə nəqliyyat infrastrukturunu inkişaf etdirəcək”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində xalqa müraciəti zamanı bildirib.
“Ərdoğan qeyd edib ki, Türkiyə Dəmir İpək Yolu kimi ifadə edilən dəmiryolu xəttini Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşdirəcək:
"Bu gün sürətli qatardan Sivas xalqı yararlanır, bundan Ərzincan və Tokatdan olan sakinlərimiz də faydalanacaqlar. Yəni bu xətti Ərzincan, Ərzurum və Qarsa qədər uzadacağıq. İnşallah, oradan da Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə birləşdirəcəyik. Biz Dəmir İpək Yolu kimi ifadə edilən bu xətlə regionumuzda dünya miqyasında əhəmiyyət kəsb edən strateji nəfəs borusu açacağıq”.
Türkiyə lideri çıxışında Kılıçdaroğlunun Azərbaycana qarşı olan mövqeyini də xatırlayıb:
“Bütün bunları CHP sədri kimi Azərbaycanı sıradan çıxarmaqla yox, azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə edəcəyik. Necə ki Qarabağı birlikdə azad etdik, Türkiyəni şərqlə qərb arasında enerji mərkəzi etdik. Biz də azərbaycanlı qardaşlarımızla nəqliyyat infrastrukturumuzu inkişaf etdirəcəyik".
Bizim.Media