Azərbaycan Zəngəzurda tikinti işləri aparır – İRƏVANDAN REAKSİYA

Hazırda oxunan: Azərbaycan Zəngəzurda tikinti işləri aparır – İRƏVANDAN REAKSİYA

13760

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan tərəfinin Ermənistanın Zəngəzur mahalındakı (Sünik vilayəti) mühəndislik işlərini şərh edib və narahatlıq üçün heç bir səbəb olmadığını deyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

"Azərbaycan tərəfi öz əsgərlərinin təhlükəsizliyini təmin etmək üçün çalışır. Bizim MTX-nın sərhəd qoşunları vəziyyəti nəzarətdə saxlayır, narahatlığa əsas yoxdur".

 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Zəngəzur mahalından köçürlər – Nədən qorxuya düşüblər?


Qurum “168 Jam” qəzetinin rəsmi müraciətə belə cavab verib.

Bundan əvvəl Azərbaycan tərəfi Vorotan kəndində mühəndis işlərinə başlamışdı. Ermənistan Ombudsmanı Arman Tatoyanın fikrincə, Azərbaycanın Ermənistanın Sünik vilayətindəkii mühəndislik işləri qanunsuzdur.

Bir gün əvvəl, martın 3-də Gorus şəhər merinin müavini İrina Yolyan Ermənistan hakimiyyətinin Azərbaycan tərəfinin Sünikdə nümayiş etdirdiyi fəaliyyətə heç bir şəkildə reaksiya vermədiyini yazıb. 

Onun sözlərinə görə, kəndlilərin dinc həyatı təhlükə altındadır.

"Bəziləri Sünik iqtisadiyyatının inkişafından danışır. Söyləməyə ehtiyac yoxdur ki, ekstremal turizm üçün hər cür şərait yaradılıb: səngərlər və kəndin mərkəzində silahlı düşmən, filmlərdə belə şeylər görməyəcəksiniz". Yolyan belə deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin