Cəlilabad rayonunda bacısını öldürməkdə təqsirləndirilən Məhəmməd Şahbazovun barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə rayon məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, M.Şahbazovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat Xidməti məlumatı Bizim.Media-ya təsdiqləyib.
Qeyd edək ki, hadisə mayın 16-da Cəlilabad rayon ərazisində qeydə alınıb. Belə ki, həmin gün rayon sakini, 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü M.Şahbazovun qeyd olunan tarixdə bacısı R.Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, M.Şahbazov şübhəli şəxs qismində tutulub
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:54 / 23.05.2023
Bacısını öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlan həbs edildi
Hazırda oxunan: Bacısını öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlan həbs edildi
Hazırda oxunan: Bacısını öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlan həbs edildi
137575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.