MTK-lar əhalini aldadır – İcra hakimiyyətləri isə buna göz yumur

Hazırda oxunan: MTK-lar əhalini aldadır – İcra hakimiyyətləri isə buna göz yumur

13755

Nərimanov rayonu, Əliəşrəf Əliyev küçəsinin sakinləri “Şah MTK”dan və onun sahibi Məhərrəm Məmmədovdan şikayətçidirlər. Vətəndaşlar şirkətin və sahibkarın onları illərdir aldatdıqlarını söyləyirlər.

“Şah MTK”dan ev alan Rəşad Qədirov Bizim.Media-ya deyir ki, öz şəxsi mənzilini satıb, sözügedən şirkətdən ev alıb: 

“2018-ci ilin noyabr ayında mənzilimin pulunu ödəmişəm. Mənə dedilər ki, 6 aya bina təhvil veriləcək. Mən də ödənişimi edib, aylığı  500 manat olan evə  kirayəyə çıxdım. Məhərrəm müəllimə 83 min 500 manat vəsait ödəmişəm. 6 ay bitdi, binanı təhvil ala bilmədim. Məni çox yubatdılar.

 

MÖVZU İLƏ BAĞLI:

Kabel televiziyaları MTK-lara hansı şərtlərlə buraxılır? – GİZLİ SAZİŞ


Düz 1 il 3 aydır ki, şirkət məni aldadır. İcra hakimiyyətinə də getmişik. İcra nümayəndəsi bildirir ki, biz bu işi həll edəcəyik. Lakin ortalıqda heç bir irəlləyiş yoxdur”.

“Şah MTK” həm də həyət evlərinin sakinlərini də aldadırlar. Hansı ki həmin evləri söküb yerində hələ də də təhvil verilməyən binanı tikib.

Nərimanov rayon sakini Əliyev Fərman  söyləyir ki, 30 ildir Nərimanov rayonu, Əliəşrəf Əliyev küçəsində olan həyət evində yaşayıb:

“Bizim evləri sökdülər, yerində pilot layihə olaraq  bu 16 mərtəbəli  binanı tikdilər.  Düzdür, bizim kirayə haqqımızı ödəyirlər. Amma artıq evlərimizə köçmək istəyirik.

Bu  il mart ayında  4 ildir ki, biz mənzilimizi gözləyirik. Bina qala-qala qarşısındakı obyekti tikirlər. Dəfələrlə rayon icra hakimiyyətinə müraciətlər  də etmişik.  Lakin buna baxmayaraq şirkət  həyət evlərini sökdüyü 15 ailəyə binanı təhvil verə bilmir. Bizdən başqa gəlib buradan ev alan sakinlər də mənzillərinə köçə bilmirlər”.

Məsələyə münasibət bildirən Nərimanov İcra Hakimiyyətinin nümayəndəsi Eldəniz Əbdülov Bizim.Media-ya açıqlamasında dedi ki, həmin binanın qısa zamanda təhvil verilməsi üçün işçi qüvvəsi artıq cəlb olunub: “Sahibkarın məhkəmə problemi olduğu üçün bina gec təhvil verilib”.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Bakı şəhərində MTK-ların vətəndaşları aldatması nə birinci, nə də ki, sonuncu haldır.  

Hüquqşünas Əkrəm Həsənov Bizim.Media-ya deyir ki, vətəndaşların şikayətlərinə baxılması uzun bir proses olduğu üçün çox vaxt sakinlər bu işin arxasınca düşmürlər:

”Bunu bilən MTK-da arxayınlıq yaranır, vətəndaşı aldadır, bir çox sui-istifadə hallarına yol verir.

Lakin MTK-ya görə vətəndaşa hansı ziyan dəyibsə, o ziyanı birmənalı olaraq MTK-lar ödəməlidir.

Və MTK-dan şikayətçi olan vətəndaşlar rayon icra hakimiyyətinə müraciət etməlidirlər. Çünki MTK-ların qanunsuz hərəkətlərinə məsuliyyəti icra hakimiyyətləri daşımalıdır. Nə olsun ki, özəl şirkətdir, amma sifarişi kim verir, təbii ki, icra hakimiyyətləri edirlər”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin