Şəki məktəbindəki kütləvi zəhərlənmənin ilkin səbəbi AÇIQLANDI 

Hazırda oxunan: Şəki məktəbindəki kütləvi zəhərlənmənin ilkin səbəbi AÇIQLANDI 

137535

Şəki-Zaqatala Regional Təhsil İdarəsi 24 şagird və 3 müəllimin zəhərlənməsi ilə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, qurumun məlumatında bildirilir ki, Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınıb:
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə orta məktəbin 24 şagirdi və 3 müəllimi zəhərləndi


"Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Bununla bağlı olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkib və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar.

Narahatlıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir.

İlkin araşdırmalara görə, zəhərlənməyə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub. Belə ki, mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin