"Baxmutda döyüşlər azalıb, ruslar nəzarətə götürdükləri əraziləri təmizləyirlər".
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna müdafiə nazirinin müavini Anna Malyar səsləndirib.
Onun sözlərinə görə. Ukrayna Silahlı Qüvvələri şəhərin "Təyyarə" bölgəsinə nəzarət edir.
"Hazırda şəhərətrafı ərazilərdə döyüş gedir. Düşmən sərfəli mövqelər tutmağa çalışsa da, buna nail ola bilmirlər. Bəzi ərazilərdə müdafiəyə çəkiliblər, çoxlu itkilər verirlər. Baxmutun şimal və cənub istiqamətində cüzi irəliləyişimiz var", deyə o, qeyd edib.
Bizim.Media