SOCAR və BP şirkətlərinin təşəbbüsü ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib - FOTO/VİDEO

Hazırda oxunan: SOCAR və BP şirkətlərinin təşəbbüsü ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib - FOTO/VİDEO

137460

Bu gün SOCAR və BP Azərbaycan şirkətinin vitse prezidentləri və həmçinin “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü”nün (CEPİ) icra komitəsinin sədri və üzvləri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə ağacəkmə aksiyasında iştirak ediblər.  

Kampaniya çərçivəsində Qaradağ rayonu Şanqar qəsəbəsi, Sərəncə təhlükəli tullantılar poliqonunda, 1 hektar ərazidə ümumilikdə 4109 ağac əkilib. 


Tədbirdə SOCAR-ın vitse prezidenti, CEPI icra komitəsinin sədri Rəfiqə Hüseynzadə, BP Azərbaycan şirkətinin vitse Prezidenti, CEPI icra komitəsinin üzvü Bəxtiyar Aslanbəyli və digər vəzifəli şəxslər iştirak ediblər.  

SOCAR-ın vitse prezidenti , CEPI icra komitəsinin sədri Rəfiqə Hüseynzadə Bizim.media-ya müsahibəsində bildirib ki, “Ümummilli lider Heydər Əliyev Azərbaycan təbiətinə hər zaman xüsusi önəm verib.

Onun ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanda ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqətlə yanaşılıb, paytaxtla yanaşı regionlarda yaşıllaşdırma işlərinə xüsusi əhəmiyyət verilib. Ulu Öndərin ətraf mühitə olan qayğısı bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Ətraf mühitin, ekoloji tarazlığın qorunması, torpağın, havanın və dənizin çirklənməsinin qarşısının alınması eyni dərəcədə vacib məsələlərdəndir. Bu məqsədlə reallaşdırdığımız layihələrin effektivliyi, müvəffəqiyyət qazanması CEPI üzv şirkətlər üçün müstəsna  əhəmiyyət kəsb edir.
İnaniram ki, qoşulduğumuz beynəlxalq layihələr bundan sonra da uğurla  icra olunacaq, birgə məqsədlərimizin  real səmərəsi get-gedə daha da artacaqdır.Tədbirimizdə “KazMunayGaz”, BP, “Total E&P Absheron B.V.” və “Equinor Absheron AS” şirkətlərinin nümayəndələri bu tədbirdə iştirak edir.” 

BP Azərbaycan şirkətinin vitse Prezidenti, CEPI icra komitəsinin üzvü Bəxtiyar Aslanbəyli öz müsahibəsində tədbirin əhəmiyyətindən danışıb:

“BP ilə SOCAR arasında əməkdaşlığın 30 illik tarixi var və bu əməkdaşlıq, təkcə neft-qaz layihələrinin icrasından ibarət deyil. Biz həmçinin sosial sahədə olan bir sıra təşəbbüslərlə də birgə çıxış edirik.Bu gün keçirilən tədbir bu əməkdaşlığın bariz nümunəsidir. Bu cür yaşıllıq zolaqlarının salınması şirkətlərimizin ətraf mühitin mühafizəsi istiqamətində öz üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində xüsusi örnəkdir.” deyə o bildirib.  


Qeyd edək ki, tədbirin əsas məqsədi neft qaz əməliyyatları zamanı yaranan tullantıların idarə olunması sahəsi ətrafında iqlim şəraitinin yumşaldılması, ekoloji tarazlığın bərpasından ibarətdir.

Xatırladaq ki, CEPİ öz fəaliyyətinə 14 sentyabr 2020-ci il tarixində Bakı şəhərində “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü”nün (Caspian Environmental Protection Initiative - CEPI) yaradılmasına dair SOCAR, “KazMunayGaz”, BP, “Total E&P Absheron B.V.” və “Equinor Absheron AS” şirkətləri arasında Anlaşma Memorandumunun imzalanması ilə başlamışdır.  
2021-ci ildə CEPI icra komitəsinin sədri Rəfiqə Hüseynzadənin təşəbbüsü ilə CEPİ üzvləri, SOCAR və BP şirkətlərinin birgə maliyyəsi əsasında Sərəncə Təhlükəli Tullantılar Poliqonun ətrafında yaşıllaşdırma işlərinə başlanmışdır. 


Belə ki, 20 ildən artıq təhlükəli tullantılar poliqonu kimi fəaliyyət göstərən ərazi ətrafında sərt coğrafi iqlim şəraitinin olması səbəbindən heç bir yaşıllıq zolağı salınmamışdır.

Neft qaz əməliyyatları zamanı yaranan tullantıların idarə olunması sahəsi ətrafında iqlim şəraitinin yumşaldılması, ekoloji tarazlığın bərpası istiqamətində işlərin görülməsi üçün 2021-ci ildən başlayaraq burada yeni meşə zolağının salınması istiqamətində işlərə başlanmışdır.
 



 



















Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin