Gəncədə ümumi məhsul istehsalı 10,1 faiz artıb - FOTO

Hazırda oxunan: Gəncədə ümumi məhsul istehsalı 10,1 faiz artıb - FOTO

137456

2023-cü ilin yanvar-mart aylarında Gəncə şəhəri üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı (ÜMB) 321,3 milyon manat təşkil edib. Bu göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 10,1 faiz artıb və əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 971,9 manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Gəncə Şəhər Statistika İdarəsinin açıqladığı 2023-cü ilin yanvar-mart aylarında Gəncə şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində əks olunub.  

ÜMB-nin ümumi həcmində istehsal sahələrinin xüsusi çəkisi 59,0 faiz, xidmət sahələrinin xüsusi çəkisi 41,0 faiz təşkil edir. Məhsul və xidmətlərin 74,0 faizi iqtisadiyyatın qeyri-dövlət sektorunun payına düşüb və 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 5,9 faiz artıb.  

İstehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 171,8 milyon manat (53,5 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 0,7 milyon manat (0,2 faiz), tikintidə 17,1 milyon manat (5,3 faiz), nəqliyyat və anbar təsərrüfatında 13,9 milyon manat (4,3 faiz), informasiya və rabitədə 1,8 milyon manat (0,6 faiz), nəqliyyat vasitələrinin təmiri sahəsində 116,0 milyon manat (36,1 faiz) olub. 
Məhsul buraxılışının həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə sənayedə 9,7 faiz, kənd təsərrüfatında 91,6 faiz, tikintidə 73,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 46,8 faiz, ticarət; nəqliyyat vasitələrinin təmirində 1,3 faiz artıb, informasiya və rabitə xidmətlərində 0,7 faiz azalıb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin