“WhatsApp”a mesaj redaktə funksiyası gəlib. İstifadəçilər göndərilən mesajları “iMessage”, “Telegram” və digər mesajlaşma proqramlarındakı kimi redaktə edə bilərlər.
Bizim.Media xəbər verir ki, “WhatsApp”da göndərilən mesajı redaktə etmək üçün söhbətdə redaktə etmək istədiyiniz mesajı sıxıb saxlamaq və seçimlərdən “Düzənlə”nin üzərinə klikləmək kifayətdir. “Telegram”dan fərqli olaraq, onun vaxt məhdudiyyəti var. Redaktə mesaj göndərildikdən sonra 15 dəqiqə ərzində edilməlidir.
“WhatsApp” redaktə edilmiş mesajların göndərən tərəfində “redaktə edilmiş” etiketini göstərir. Redaktə yalnız mətn mesajlarına aiddir. Fotoşəkilləri, videoları, sənədləri paylaşarkən əlavə edilən şərhlər üçün redaktə seçimi yoxdur.
“WhatsApp” bütün dünyada “Android” və "iOS" istifadəçilərinə mesajların redaktə edilməsi funksiyasını tədricən yaymağa başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:20 / 23.05.2023
“WhatsApp”da YENİ FUNKSİYA
Hazırda oxunan: “WhatsApp”da YENİ FUNKSİYA
Hazırda oxunan: “WhatsApp”da YENİ FUNKSİYA
137432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.