Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Aydın Məmmədovun cinayət işi üzrə məhkəməsi başlayır.
Bizim.Media xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Mahmud Ağalarovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Belə ki, ittiham aktına görə Binə qəsəbəsində 1967-ci il təvəllüdlü A.Məmmədov həyat yoldaşı 1968-ci il təvəllüdlü Pakizə Məmmədovanı yaşadığı ünvanda münaqişə zəminində kəsici alətlə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşları tərəfindən A.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:40 / 23.05.2023
Bakıda arvadını amansızcasına qətlə yetirən şəxsdən XƏBƏR VAR
Hazırda oxunan: Bakıda arvadını amansızcasına qətlə yetirən şəxsdən XƏBƏR VAR
Hazırda oxunan: Bakıda arvadını amansızcasına qətlə yetirən şəxsdən XƏBƏR VAR
137421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.