Bakı şəhərində daha bir azyaşlı itkin düşüb. Söhbət Hövsan qəsəbəsində itkin düşən 13 yaşlı Aleksandra Dünyamalızadədən gedir.
Bildirilib ki, qəsəbədə yerlışən 76 nömrəli məktəbin şagirdi 13 yaşlı Aleksandra Dünyamalızadə ötən gün evindən çıxıb və qayıtmayıb.
MÖVZU İLƏ BAĞLI:
Küçəyə atılan 5 yaşlı Nərgizin bacısı və qardaşı da sığınacağa yerləşdiriləcək
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə itkin düşən azyaşlının tapılması ilə bağlı araşdırmaların başlandığını deyib.
Suraxanı rayonu Polis idarəsinin, sahə rəisi, polis mayoru Bəxtiyar Məmmədov isə itkin düşən qızla bağlı məlumatsız olduğunu bildirib.
Alçina Amilqızı, Bizim.Media