Siyəzən rayonunun Zarat kəndində içməli su problemi yaşanır.
Yerli sakinlərin Bizim.Media-ya verdiyi məlumata görə, ötən həftənin ikinci günündən yaşayış məntəqəsinə içməli suyun verilişi dayanıb.
Sakinlər bildirir ki, bu səbəbdən texniki sudan yəni, kanal suyundan istifadəyə məcburdurlar.
Onların sözlərinə görə, yaxınlıqdan keçən Taxtakörpü-Ceyranbatan su kanalından kəndə gələn və mal-qaraya, tərəvəz sahələrinə işlədilən suvarma suyundan özləri də istifadə edirlər.
Belə ki, sakinlər əsasən suyu kanaldan həyətlərinə su çəkmiş digər sakinlərin götürür. Bu isə sakinlər arasında narahatlıq və gərginlik yaradır.
Siyəzən İH başçısının Zarat İƏD üzrə nümayəndəsi Vaqif Şahbazov da kənddə 1 həftəyə yaxındır içməli su olmadığını təsdiqləyib. İcra nümayəndəsi məlumat verib ki, 347 təsərrüfatda 1700 nəfər sakinin yaşadığı Zarat kəndində əhali içməli su sarıdan həqiqətən əziyyət çəkir.
Zarat sakinlərinin içməli su probleminə “Azərsu” ASC-nin Quba-Xaçmaz regional su idarəsinin rəisi Ramil Səmədov münasibət bildirib.
Onun Bizim.Media-ya verdiyi məlumata görə, Zarat kəndindəki 240 abonentin Azərsu-ya 126 min 480 manat su pulu borcu var.
“Kənddə yalnız 2 nəfərin suya borcu yoxdur. Hazırda biz Zarat kəndinə içməli suyu rejimlə veririk, Bu səbəbdən sərfiyyat 500 kubmetrə düşüb".
Ramil Səmədov məlumat verdi ki, Zarat kəndinə içməli su verilişi dayandırılmayıb, ötən 2 gündə də bura su verilib.
"Sakinlər içməli sudan texniki məqsədlərlə istifadə etmədikləri və borcları tam ödədikləri təqdirdə kəndə fasiləsiz su verilişi bərpa edilə bilər”, - deyə “Azərsu” rəsmisi bildirib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:20 / 22.05.2023
Siyəzənin susuzluqdan zara gələn Zarat KƏNDİ – Sakinlərin əzabına nə zaman son qoyulacaq? – FOTO
Hazırda oxunan: Siyəzənin susuzluqdan zara gələn Zarat KƏNDİ – Sakinlərin əzabına nə zaman son qoyulacaq? – FOTO
Hazırda oxunan: Siyəzənin susuzluqdan zara gələn Zarat KƏNDİ – Sakinlərin əzabına nə zaman son qoyulacaq? – FOTO
137335
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.