Türkiyənin ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Hürriyet" nəşri yazıb.
Mənbə iddia edir ki, Sinan Oğan ikinci turda məhz Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini rəsmən elan edəcək.
Bundan əlavə, Sinan Oğan beş bəndlik protokola imza atacaq. Qeyd edək ki, Sinan Oğan Ərdoğanla görüşdən əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Qeyd edək ki, "ATA ittifaqı" dünən rəsmi olaraq fəaliyyətini dayandırıb. Bu haqda "ATA ittifaqı"nın üzvü, Ədalət Partiyasının sədri Vecdet Öz bildirib.
Bizim.Media