Ukrayna qoşunları Baxmutda "Vaqner" özəl hərbi təşkilatını praktiki olaraq gücdən salıb, lakin tezliklə tamamilə məhv edəcək.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergey Çerevatıy telemarafonun efirində bildirib.
“Qoy "Vaqner"çilər Baxmutda daimi təhlükə hiss etsinlər. Ya indi, ya da bir az sonra onları mühasirəyə alacağıq, tamamilə məğlub edəcəyik”, - Çerevatıy bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Baxmutun kənarında rusları geri sıxışdırır və “Vaqner” artıq xeyli itki verib.
“Əsas zərbələri haradan vuracağıq. Qoy bu haqda düşünsünlər, narahat olsunlar. Biz onların niyyətlərini yaxşı bilirik, hər bir hərəkətlərinin qarşısını alacağıq", - Çerevatıy əlavə edib.
Bizim.Media