“28 itkin düşmüş hərbçimizdən erməni əsirliyinə düşən ola bilər” – Hərbi ekspert

Hazırda oxunan: “28 itkin düşmüş hərbçimizdən erməni əsirliyinə düşən ola bilər” – Hərbi ekspert

13720

“Azərbaycan tərəfi rəsmi olaraq 28 nəfər itkin düşmüş hərbçilərin adlarının açıqlayıb. Bundan başqa heç bir rəqəm səsləndirilməyib. Onların bəzilərinin Ermənistan tərəfində əsir kimi saxlanılması ehtimal olunur, bu mümkündür”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. Onun sözlərinə görə Ermənistan höküməti haqlı olmadan Azərbaycanla əsirlərinin davasını edə bilməz. Bizdə olan terrorist ermənilər onlarla eyni statusda deyillər.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər yalançı mina xəritələri də təqdim edə bilərlər – Hərbi ekspert


Hərbi ekspert onların hərbi əsir olmadığını, dolayısı ilə 10 noyabrda qüvvəyə minən üçtərəfli birgə bəyanatın və sülhməramlıların əraziyə yerləşdirilməsindən sonra Ermənistanın Şirak vilayətindən keçərək, Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı təxribatda iştirak etmiş şəxslər olduğunu qeyd edib:

“Ermənistanın Azərbaycandakı saxlanılan silahlı terrorçular kimi qiymətləndirilən insanları geri qaytarması ilə bağlı səsləndirdikləri bəyanatların heç bir hüquqi əsası yoxdur.

Hamıya bəllidir ki, onlar heç bir halda hərbi əsir kimi qiymətləndirilə bilməz. Buna görə də bu şəxslərin qaytarılması reallıqda mümkün deyil”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin