28 qaziyə protez göz qoyuldu - 24 nəfər müalicə üçün Türkiyəyə yola salındı - FOTOLAR

Hazırda oxunan: 28 qaziyə protez göz qoyuldu - 24 nəfər müalicə üçün Türkiyəyə yola salındı - FOTOLAR

13718

"Bildiyimiz kimi, "YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib".

"Hazırda 5 gündür ölkəmizdə olan israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi davam edir".

Bizim.Media xəbər verir ki, bu sözləri bü gün jurnalistlərə açıqlamasında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, 5 gün ərzində israilli həkimlər 132 qazimizi müayinə ediblər: "Onlardan 22-si əməliyyat edilib, 28-nə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq".

 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadakı soydaşlarımız qazilərə əlil arabaları bağışladı


E.Hüseynov qeyd edib ki, qazilərimiz onlara göstərilən xidmətdən razıdırlar və əməliyyatlar da uğurla həyata keçirilir.

"Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə dəvət olunan 8 nəfərlik həkim heyəti bir həftəlik gəliblər. Həkimlər gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirirlər", - E.Hüseynov əlavə edib.

"YAŞAT" Fondunun rəhbəri indiyədək türkiyəli həkimlər tərəfindən müayinə olunan qazilərimizin sayını açıqlayıb:

"Bildiyimiz ki, ötən dövr ərzində Türkiyədən də bir qrup həkim Azərbaycana gəlib. Türkiyəli həkimlər tərəfindən 154 qazimiz müayinə olunub və onların ntəicələri dəyərləndirilir".

O həmçinin bildirib ki, 24 qazimizin müayinə və müalicəsinin davam etdirilməsi üçün Türkiyəyə yola salınıb:

"Onlarla mütəmadi olaraq əlaqə saxlanılır. Artıq bir neçə qazimizin əməliyyatı uğurlar həyata keçirilib. Yaxın günlərdə müalicələrini başa vurub ölkəmizə geri qayıdacaqlar".

Fond rəhbəri hazırda başqa ölkələrdən həkimlərin dəvət edilməsinin nəzərdə tutulmadığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin