Ukrayna ordusu Baxmutu mühasirəyə alıb - Nazir müavini

Hazırda oxunan: Ukrayna ordusu Baxmutu mühasirəyə alıb - Nazir müavini

137134

"Ukrayna ordusu Baxmutu mühasirəyə alıb, şəhərin bir hissəsinə nəzarəti əlində saxlayır".

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqram kanalında məlumat yayıb.

Malyar deyib ki, ruslar Baxmutu mühasirəyə ala bilməyib və şəhər ətrafındakı hakim yüksəkliklərin bir hissəsini itirib.

"Döyüşçülərimiz şəhərətrafı ərazilərdə irəliləməyə davam edir ki, bu da düşmənin Baxmutda qalmasını çətinləşdirir", - Malyar qeyd edib.

Qeyd edək ki, mayın 20-də "Vaqner" özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin bildirib ki, guya onun muzdluları Baxmutun bütün ərazisinə nəzarət edirlər. Bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin "Vostok" qrupunun nümayəndəsi Sergiy Çerevatı təkzib edib.
Xatırladaq ki, mətbuatda Ukrayna Prezidenti Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyini etiraf etməsinə dair məlumatlar yayılsa da, Ukrayna Prezident Ofisi məsələyə aydınlıq gətirərək bu məlumatları təkzib edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin