Brilliant həmkarlarını ƏLƏ SALDI: "Üç notla Xalq artisti olublar" - VİDEO

Hazırda oxunan: Brilliant həmkarlarını ƏLƏ SALDI: "Üç notla Xalq artisti olublar" - VİDEO

137090

"Səhnəyə çıxanda özümü çox rahat aparmışam. Xasiyyətim çox ciddidir, amma səhnədə heç vaxt bunu göstərməmişəm. İstəmişəm ki, səhnəyə çıxıb sevinc gətirim, gülüm, danışım. Hər zaman səhnədə rahat olmuşam ki, insanların nəbzini tuta bilim və onlar məni özlərindən fərqli görməsinlər". 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Göstərir radio" verilişində deyib. 

Sənətçi bildirib ki, heç zaman sevmədiyi insanlar haqda düşünmür:

"Kimsə deyəndə ki, mənim bu insandan zəhləm gedir və bunu sevmirəm. Cavab olaraq söyləyirəm ki, sevdiyin məqamları yadına sal. Kimdən zəhlən gedirsə, çalış onu sən görmə. Sevmədiyini deyil, sevdiyini gör. Sevdiklərimi görüb, onlardan danışmaq daha xoşdur.

Sevmədiyim çox şeylər var. İkiüzlülükdən, yalaçılıqdan, bir-birinin ayağının altını qazmaqdan tutmuş o qədər məqamlar var sevmədiyim. Onları heç düşünmürəm". 

Dadaşova üç notla Xalq artisti fəxri adına layiq görülən həmkarlarını məsxərəyə qoyub:

"Özümdən və realist olmaqdan yorulmuşam. Bəzən səs yazma studiyasında özüm-özümü o qədər danlayıram ki,... Özümə deyirəm ki, üç notla Xalq artisti olanlar var. Axı, sən özünü niyə bu qədər çətinə salırsan?

Çalışıram ki, mahnının zili, bəmi, xırdalıqları, harmoniyası olsun. Artıq sakitləş. Ətrafa bax, üç notla necə gözəl oxuyub, özlərini rahat hiss edirlər. Bəstir, lazım deyil. Amma "lazım deyil" desəm səhv edərəm, çünki, elə dərin düşünən insanlar var ki, onların ruhlarının qidasını üstdən ödəmək olmaz. Haqqını vermək lazımdır". 
Son zamanlar xüsusi ilə el şənliklərində sürətlə populyarlaşan oynaq "Sarı gəlin" mahnısına Xalq artistinin reaksiyası birmənalı olmayıb.

Brilliant efir vasitəsi ilə üzünü musiqiçilərə tutaraq, bu mahnını ifa etməmələrini xahiş edib:  

"İndi deyəcəyəm, düşmənlərim artacaq. Musiqiçilərdən xahiş edirəm, "Sarı gəlin" adında bir oynaq mahnı bəstələmisiniz. O mahnını ortalıqdan yığışdırın. Çünki "Sarı gəlin" deyəndə yalnız bizim Xalq musiqimiz dillərdə əzbər olmalıdır. Bir dəfə bir nəfər toyda məndə həmin o oynaq mahnını oxumağımı istədi.
Məndə məclisdə Xalq musiqimiz "Sarı gəlin"i oxumağa başladım. Dedilər ki, bu mahnı yox, o birisi oynaq "Sarı gəlin"i ifa edin. Cavab olaraq söylədim ki, mən siz dediyiniz oynaq "Sarı gəlin" mahnısını bilmirəm. Həmin o mahnını bilənə də deyirəm ki, onu oxumayın. Çünki bəzi şeylərdə mənəvi dəyərlər var". 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin